MSK ləğv edilən dairələrlə bağlı hansı tədbirlər görəcəyini açıqladı
20.02.2020 09:40 Daxili siyasət

MSK ləğv edilən dairələrlə bağlı hansı tədbirlər görəcəyini açıqladı

“Report”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib ki, MSK-nın seçki qanunvericiliyini pozan subyektlər haqqında qərar vermək hüququ var:

“Hazırda hansı komissiyalarda və kimlər tərəfindən hansı qanun pozuntularına yol verilməsi araşdırılır. Onlar haqqında yekun protokol Konstitusiya Məhkəməsinə göndərilməzdən əvvəl müzakirələr aparacağıq. Pozuntulara yol verənlərin hər biri haqqında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tədbirlər görüləcək”, - MSK katibi əlavə edib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm