MSK-nın bugünkü iclasında verilən qərarlar: Araşdırılmaya göndərilən dairələr
17.02.2020 15:59 Daxili siyasət

MSK-nın bugünkü iclasında verilən qərarlar: Araşdırılmaya göndərilən dairələr

“MediaPost”un xəbərinə görə, iclasda 7 dairə üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

“MediaPost” araşdırmaya göndərilən dairələr üzrə lider namizədlərin siyahısını təqdim edir:

9 saylı Binəqədi ikinci seçki dairəsi - Kəmaləddin Qafarov

10 saylı Binəqədi üçüncü seçki dairəsi - Madər Musayev

12 saylı Qaradağ–Binəqədi-Yasamal - Səbinə Xasayeva

46 saylı Şirvan seçki dairəsi - İltizam Yusifov

66 saylı Biləsuvar seçki dairəsi - Bəhruz Məhərrəmov

86 saylı İsmayıllı seçki dairəsi - Novruzəli Aslanov

88 saylı Göyçay seçki dairəsi – Sabir Hacıyev

İclasda 51 saylı Qusar, 68 saylı Cəlilabad kənd, 98 saylı Şəmkir şəhər, 108 saylı Ağstafa, 24 saylı Nizami Birinci və digər bir neçə seçki dairələri üzrə müraciətlər qanunvericilikdə nəzərdə tutulan müddət ötürülməklə göndərildiyi üçün baxılmamış saxlanılıb.


Oxu: Ötən iclasda verilən qərarlar: Araşdırılmaya göndərilən nəticələr - ADLAR (SİYAHI)


MSK-nın bugünkü iclasında həmçinin 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb. İclasda həmin dairənin 7 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Bu dairənin lider namizədi Mixail Zabelindir.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədlinin müraciətinə də baxılıb. MSK üzvü Tofiq Qasımov A.Əsədlinin müraciətinə MSK-da özünün də iştirakı ilə baxılacaq.

Ümumilikdə Mərkəzi Seçki Komissiyasına daxil olan 177 müraciətin 97-nə baxılıb.

Xəbərlər departamenti

Gündəm