Daha bir dairə üzrə şikayət DSK-ya göndərildi - YENİLƏNİB - 2
19.02.2020 13:08 Daxili siyasət

Daha bir dairə üzrə şikayət DSK-ya göndərildi - YENİLƏNİB - 2

MSK-nın iclasında 51 saylı Qusar seçki dairəsindən deputatlığa namizədlər Elçin Abbasov və digərlərinin müraciətinə baxılıb.

“Report” xəbər verir ki, müraciətlər araşdırılması üçün DSK-ya göndərilib.


***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən quruma daxil olan müraciətə baxılıb.

“Report” xəbər verir ki, müraciət araşdırılması üçün DSK-ya göndərilib.


***

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

“MediaPost” xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Xəbərlər departamenti

Gündəm