MSK-nın iclası başlayıb - YENİLƏNİB
15.02.2020 11:10 Daxili siyasət

MSK-nın iclası başlayıb - YENİLƏNİB

"Report" xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxılacağı, bununla bağlı müvafiq qərarlar qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, MSK-nın sonuncu dəfə fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

***

"MediaPost" xəbər verir ki, iclasda Milli Məclisə seçkilərlə bağlı daxil olan şikayətlərə baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.

Xatırladaq ki, MSK fevral ayının 13-də keçirdiyi iclasda bir neçə dairənin nəticələrini ləğv edib.

Ləğv olunun dairələr və lider namziədləri bunlardır:

33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov

35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

Xəbərlər departamenti

Gündəm