MSK sədri: "İndiyə qədər 1329 nəfər deputatlığa namizədliyini irəli sürüb"
26.12.2019 15:00 Daxili siyasət

MSK sədri: "İndiyə qədər 1329 nəfər deputatlığa namizədliyini irəli sürüb"

"MediaPost" "Report"-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 262 nəfəri 15 siyasi partiya tərəfindən irəli sürülüb: "11 nəfər təşəbbüs qrupları tərəfindən, 1056 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərin 1042 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 829 nəfəri isə imza vərəqələrini artıq götürüb. 60 nəfəri qaytarıb, 1-i isə qeydə alınınb. 29 nəfər seçkilərdə iştirakını dayandırıb”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm