MSK sədri: "İndiyə qədər nöqsanlarla bağlı MSK-ya hansısa rəsmi müraciət daxil olmayıb"
23.12.2019 06:40 Daxili siyasət

MSK sədri: "İndiyə qədər nöqsanlarla bağlı MSK-ya hansısa rəsmi müraciət daxil olmayıb"

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, şəffaflıq maksimum səviyyədə təşkil olunub: “Əgər hansısa bu və ya digər xoşagəlməz hallarla bağlı MSK-ya müraciət daxil olarsa, dərhal Seçki Məcəlləsinin tələbinə uyğun olaraq addımlar atılacaq. İndiyə qədər MSK-ya hansısa rəsmi müraciət daxil olmayıb. Ancaq qaynar xətt vasitəsilə müəyyən müraciətlər daxil olub. Onlar da texniki xarakter daşıyıb və dərhal həllini tapıb. Biz bütün imkanlardan istifadə edirik ki, xoşagəlməz hallar baş verərsə, onlar namizədlərin xeyrinə həll olunsun”.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm