MSK sədri: "İstənilən şəxs onlayn şəkildə seçki prosesini izləyə bilər"
09.02.2020 05:11 Daxili siyasət

MSK sədri: "İstənilən şəxs onlayn şəkildə seçki prosesini izləyə bilər"

“Müşahidəçilərin fəaliyyəti üçün yüksək səviyyədə şərait yaradılıb. Həm namizədlər, həm də seçicilər üçün hər cür şərait yaradılıb”.

“MediaPost" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlament seçkilərinin açıq elan edilməsi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, səsvermə başlayıb və istənilən şəxs Mərkəz Seçki Komissiyasının saytına daxil olmaqla onlayn şəkildə veb-kameralar vasitəsilə seçki prosesini izləyə bilər.

Xəbərlər departamenti

Gündəm