MSK sədri seçki qutularının şəffaflığı haqda danışdı
09.02.2020 13:35 Daxili siyasət

MSK sədri seçki qutularının şəffaflığı haqda danışdı

MSK sədri bildirib ki, seçki qutusuna düz istiqamətdə baxmaq lazımdır: "Bu, insanlarda niyə maraq doğurur ki? Qutuya düz istiqamətdən baxmaq lazımdır, görəcəksiniz ki, hamısı eyni cür görünür. Siz birinə qaranlıq tərəfdən, birinə işıqlı tərəfdən baxırsız, ona görə də fərqli görünür".

M.Pənahov bildirib ki, bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmayıb:

"Seçki Məcəlləsinə görə, bu gün daxil olan şikayətlər dərhal baxılır. Amma o demək deyil ki, şikayət olmayacaq. Əlbəttə olacaq. Burada qəbahətli məsələ yoxdur".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm