MSK üç namizədə xəbərdarlıq edib
31.01.2020 15:40 Daxili siyasət

MSK üç namizədə xəbərdarlıq edib

"Report" xəbər verir ki, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

O qeyd edib ki, buna səbəb namizədin bir kənddə torpaq sahəsinin hamarlanmasına kömək etməsidir. Bununla bağlı videomaterial da var. Həmin videomaterial da efir vasitəsilə yayımlanıb.

MSK bu fakta görə 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış Fatma Yıldırıma xəbərdarlıq edib.

Bundan əlavə 9 saylı Binəqədi seçki dairəsindən namizədliyi qeydə alınan Ülvi Həsənova və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynova rəsmi xəbərdarlıq edilib.

Həmin dairədən namizədliyi Yeni Azərbaycan Partiyasından qeydə alınmış Kəmaləddin Qafarovun səlahiyyəti nümayəndəsi MSK-ya müraciət edərək bildirib ki, Kəmaləddin Qafarov seçicilərlə görüşən zaman Ülvi Həsənov və Mehman Hüseynov əvvəlcədən öyrədilmiş bir neçə nəfəri görüş yerinə gətirərək K.Qafarova qarşı kampaniya aparıblar.

MSK müraciəti araşdıraraq qeyd olunanların həqiqətə uyğun olduğu qənaətinə gəlib. Müzakirələrdən sonra MSK Ülvi Həsənov və Mehman Hüseynova xəbərdarlıq etmək barədə qərara gəlib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, M.Hüseynov eyni zamanda 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm