MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi - QƏRAR
25.02.2020 19:49 Daxili siyasət

MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi - QƏRAR

“MediaPost” xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokolarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtib olunması müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra fasilə verilərək protokol tərtib edilib. Protokol tərtib edildikdən sonra MSK üzvləri tərəfindən imzalanıb.

Daha sonra seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib.

Milli Məclisə seçkilərdə dairələr üzrə lider namizədlərin siyahısı ilə bu linkdə tanış ola bilərsiniz: https://www.infocenter.gov.az/archive/millimeclis2020.aspx?i=1

Xəbərlər departamenti

Gündəm