Mübariz Mənsimovun məhkəməsi ertələndi
13.01.2021 17:57 Gündəm

Mübariz Mənsimovun məhkəməsi ertələndi

Ötən il Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi növbəti dəfə təxirə salınıb.

"MediaPost" xəbər verir ki, FETÖ üzvü olmaqda ittiham edilən biznesmen hakim qarşısına çıxarılıb.

Məhkəmə prosesində fasilədən qayıdan hakimlər kollegiyası qərar verib.

Belə ki, Mübariz Mənsimovun növbəti məhkəmə iclası martın 5-nə təyin edilib.

 

Xəbərlər departamenti

Gündəm