"Mübarizə Qarabağ işğaldan tam azad olunana qədər davam edəcək"
09.11.2020 16:29 Dünya

"Mübarizə Qarabağ işğaldan tam azad olunana qədər davam edəcək"

Azərbaycan torpağının işğal olunmasına səssiz qala bilməzdik və qalmadıq.

"MediaPost"un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Ermənistanın 28 illik zülmü qarşısında Minsk qrupu Azərbaycanlı qardaşlarımızı qaçqın vəziyyətində saxladı. Bu işğala ATƏT-in Minski qrupu heç bir çarə tapmadı, həll yolu təklif etmədi:

"Azərbaycanlı qardaşlarımız öz problemlərini özləri həll etdi. Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı açıqlamasını sevinclə izlədik. Şuşanın azad olunması ilə ümidlərimiz daha da artıb. Başda İlham Əliyev olmaqla Azərbaycan xalqını təbrik edirəm. Bu mübarizə Qarabağ işğaldan tam azad olunana qədər davam edəcək. Heç şübhəsiz bütün ərazilər işğaldan tam azad olunacaq".

Xəbərlər departamenti

Gündəm