Müdafiə naziri: "2019-cu il Azərbaycan Ordusu üçün uğurlu olub"
28.12.2019 14:48 Hərbi

Müdafiə naziri: "2019-cu il Azərbaycan Ordusu üçün uğurlu olub"

"Dövlətimizin siyasi və iqtisadi əsaslarının möhkəmləndirilməsi, müdafiə qüdrətinin artırılması istiqamətində qəbul edilən qərarlar, atılan uğurlu addımlar böyük nailiyyətlərin əldə olunmasını təmin edir. Görülən işlər bütün sahələrdə olduğu kimi ordu quruculuğu prosesinə də müsbət təsirini göstərib. Əminliklə deyə bilərik ki, 2019-cu il Azərbaycan Ordusu üçün də uğurlu olub".

"MediaPost" xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

Onun sözlərinə görə, cari il ərzində Azərbaycan Ordusunun qoşun növləri cəlb edilməklə bir neçə genişmiqyaslı təlim, birlik və birləşmələrin iştirakı ilə 70-dən çox əməliyyat-taktiki və komanda-qərargah təlimi və məşqi keçirilib:

"Eyni zamanda hazırlıq planına uyğun olaraq tədris ilində 15-dək briqada taktiki, 300-dən çox tabor (divizion) taktiki təlimi, eləcə də Hərbi Hava Qüvvələrində 80-dən artıq taktiki-uçuş və Hərbi Dəniz Qüvvələrində 6 gəmi-döyüş təlimi icra olunub".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm