Müdafiə Nazirliyi: “Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur”
30.10.2020 23:48 Hərbi

Müdafiə Nazirliyi: “Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur”

Xocalı rayonunun Qarabulaq kəndinin (keçmiş Əsgəran rayonunun Aknaxpyur kəndi) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması nəticəsində mülki əhalinin xəsarət alması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bu barədə "MediaPost"a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib:

"Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır".

Xəbərlər departamenti

Gündəm