Müdafiə Nazirliyi Göyçayda tapılan hava şarı ilə bağlı məsələyə aydınlıq gətirib
04.12.2019 11:07 Gündəm

Müdafiə Nazirliyi Göyçayda tapılan hava şarı ilə bağlı məsələyə aydınlıq gətirib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mediapost.az-a verilən məlumatda qeyd olunur ki, bəzi yerli elektron KİV-də Göyçay rayonunda yaşayan sakinlərdən birinin evinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə məlumat yayılıb:

“Bildiririk ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir. Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur”.

Xəbərlər departamenti

Gündəm