Müəllimədən prezidentə gözlənilməz sual: "Bu, məndən asılı deyil" - VİDEO
21.02.2020 11:55 Dünya

Müəllimədən prezidentə gözlənilməz sual: "Bu, məndən asılı deyil" - VİDEO

“MediaPost” xəbər verir ki, Vladimir Putin Sankt-Peterburqa səfəri çərçivəsində olan 90-cı illərin Peterburq bələdiyyə sədri Anatoli Sobçakın abidəsinin açılışından sonra vətəndaşlarla görüşüb.

Prezidentə yaxınlaşan müəllimə ölkədəki vəziyyətdən gileylənib.

Qadın maaşının ABŞ valyutası ilə 170 dollara bərabər olduğunu və belə aylıq gəlirlə yaşayışının çətinliyindən danışıb. O həmçinin prezidentə "Cənab Putin, siz bu maaşla yaşaya bilərsiniz" deyə sual verib.

Rusiya prezidenti xoşagəlməz vəziyyətə düşsə də, sualı cavabsız qoymayıb. Putin bu məsələnin ondan asılı olmadığını söyləyib. O, həmçinin bildirib ki, Rusiyada prezidentdən çox maaş alan var.

Ətraflı videoda:

Xəbərlər departamenti

Gündəm