Müəllimlərin yerdəyişməsinə başlanılır
05.05.2021 09:09 Gündəm

Müəllimlərin yerdəyişməsinə başlanılır

Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib.

Nazirlikdən "MediaPost"a verilən məlumata görə, müsabiqənin elektron sənəd qəbulu mayın 16-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Eyni zamanda, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

Xəbərlər departamenti

Gündəm