Müsavat Partiyasının başqanı saxlanılıb
Mediapost.az xəbər verir ki, bu barədə partiyadan məlumat verilib.
Bildirilib ki, Müsavat Partiyasının başqanı A.Hacılı bu gün polis əməkdaşları tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb.
Qeyd
edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının
noyabrın 12-də BŞİH-in binası qarşısında piket keçirməsi ilə bağlı
müraciətinə cavab verərək, piketin keçirilməsini məqsədəuyğun
saymadığını bildirib. Daha sonra Müsavat Partiyası noyabr ayın 12-də
BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.
Mediapost.az