Musiqili filmlər həqiqətənmi reytinq qazandırmır? - AÇIQLAMA
06.11.2023 12:15 Mədəniyyət

Musiqili filmlər həqiqətənmi reytinq qazandırmır? - AÇIQLAMA

Kinematoqrafiya yarandığı vaxtdan bəri teatrdan ilham alıb. Məşhur romanlar, povestlər, pyeslərlə yanaşı, nə qədər qəribə olsa da, səssiz film dövründə də musiqili əsərlərə müraciət olunub, opera və operettaları ekranlaşdırmağa cəhd edilib. Film yüksək standartlara cavab versə də, musiqisi düzgün seçilməyəndə, bizim qəlbimizə yol tapa bilmir. Yəni filmin ən mühüm komponentlərindən biri musiqidir. Çünki musiqi personajların, hadisələrin zaman və məkan xüsusiyyətlərini səciyyələndirmək, əsərin ideyasını ifadə etmək kimi funksiyaları yerinə yetirir. 

Bəs vaxtı ilə dünyaya səs salan musiqili komediyalarımız, filmlərimiz indi niyə yoxdur?

Kinorejissor Elxan Cəfərov MediaPost-a açıqlamasında bildirib ki, ciddi kino haqqında düşünən yoxdur və onun kütləyə təsiri haqqında danışmaq da əbəsdir:

alt text

“Dram, action, dedektiv janrında çəkilən filmlər tamaşaçıların maraq dairəsində deyil. Bu günün tamaşaçısı kinoya baxıb gülmək istəyir. Nədənsə bu tip filmlərə baxıb, özümüzə, qonşuya lağ etməyi sevirik. İnsanlar da yıxılanda özünə baxıb gülməyi xoşlayırlar, nəinki musiqili filmlərə baxıb, ondan zövq almağı. Ciddi kino haqqında isə düşünən yoxdur və onun kütləyə təsiri haqqında danışmaq da əbəsdir. Ancaq onu deyim ki, hər bir peşəkar iş maraq doğurur. Kimsə deyəndə ki, dram və musiqili janrda çəkilən filmlər reytinq, kassa gətirməyəcək, o, yanılır. Hər bir keyfiyyətli film öz sözünü deyir, az da olsa, tamaşaçı marağına səbəb olur. Musiqili filmlər də istisna deyil. Filmə ciddi yanaşmaq lazımdır. Təsəvvür edin ki, gəmi yoxdur, ancaq bizim ona ehtiyacımız var. Musiqili filmlər də onun kimi bir şeydir”.

Fidan Ramazan

Gündəm