Mustafa Cecelinin izdihamlı Bakı konserti - <span>VİDEO</span>
07.06.2021 11:38 Şou-biznes

Mustafa Cecelinin izdihamlı Bakı konserti - VİDEO

Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin şənbə günü Bakıda konserti baş tutub.

"MediaPost" xəbər verir ki, keçirilən konsert proqramında karantin qaydaları kobud şəkildə pozulub. Belə ki, ifaçının “İstanbul Meyhane Bilgəh” restoranının açılışındakı çıxışı zamanı iaşə obyektlərində ayağa qalxan hər kəsin maska taxması, sosial məsafə, kütləvi tədbirlərin keçirilməsi barədə qoyulan qaydalar heçə sayılıb. Sözügedən anların görüntüləri restoranın "Instagram" səhifəsində paylaşılıb.  Görüntülərdə rəqs edən şəxslərin sayının 100 nəfərdən çox olduğu başa düşülür. 

Mustafa Ceceli də konsertdən kadrlar paylaşayaraq tezliklə Türkiyədə də konsertlərin keçirilməsini arzuladığını bildirib:

“Səhnə üçün çox darıxmışam. Bu görüntülərlə ən qısa zamanda Türkiyədə də qovuşarıq! Konsertlər yenidən başlayar. Bakıda bizi coşğu ilə qarşılayan, bir ağızdan mahnılarımı söyləyən hər kəsə təşəkkürlər”. 

 

Xəbərlər departamenti

Gündəm