Mustafa Cengiz “Qalatasaray” klubunun prezidentliyinə namizəd olmayacaq
06.05.2021 19:35 Futbol

Mustafa Cengiz “Qalatasaray” klubunun prezidentliyinə namizəd olmayacaq

“Qalatasaray” klubunun başqanı Mustafa Cengiz növbəti seçkilərdə başqanlığa namizəd olmayacağını açıqlayıb.

"MediaPost"un məlumatına görə, M. Cengiz növbədənkənar prezident seçkilərində namizəd olmamaq barədə qərar verdiyini bəyan edib.

Qeyd edək ki, “Qalatasaray”da növbədənkənar seçkilər mayın 22-nə təyin olunsa da, pandemiya səbəbindən təxirə salınıb. Seçkilərin iyun ayında keçiriləcəyi gözlənilir.

Xəbərlər şöbəsi

Gündəm