"Müxalif qüvvələr belə addımlar atmaqla özlərini ifşa etmiş olurlar" - Fazil Mustafa
16.04.2020 13:01 Cəmiyyət

"Müxalif qüvvələr belə addımlar atmaqla özlərini ifşa etmiş olurlar" - Fazil Mustafa

Bunu "MediaPost"a açıqlamasında ölkənin pandemiya ilə mübarizə çərçivəsində görülən tədbirlərə kölgə salmağa çalışan müxalif qüvvələrlə bağlı fikir bildirərkən deputat Fazil Mustafa deyib.

O bildirib ki, onsuz da hökumət həm bu qüvvələrə qarşı, həm də əhalinin maraqlarını təmin edəcək bütün qabaqlayıcı tədbirləri görür: "Ona görə də, görülən işlərə kölgə salmaq məqsədilə hər hansı tədbirlər görməyin də bir adı yoxdur. Onlar belə addımlar atmaqla özlərini ifşa etmiş olurlar. Bu cür cəhdlər sosial şəbəkələrdə olur ki, onların da hamısına nəzarət etmək mümkün deyil".

Deputat qeyd edib ki, cəmiyyətin reaksiyası kifayət qədər sağlamdır: "Cəmiyyət bu cür dedi-qoduların inkişaf etməsinə imkan tanımır. Qalan şeylər onsuz da həll olunacaq məsələlərdir. Əsas cəmiyyətin iradəsidir. Bu cür əks fikirli qüvvələrə insanlarımız yüksək səviyyədə cavab verir. Xalqımız ölkə rəhbərinin də atdığı addımları daim dəstəkləyir. Onsuz da dünyanın hər yerində görülən tədbirlərə əks fikirli qüvvələr var və həmişə də olacaq. Hamı hər şeydən razı olmaq məcburiyyətində də deyil".

Xəbərlər departamenti

Gündəm