“Namizəd vəkilinin ölməsi barədə hələlik konkret fikir bildirmək çətindir”
10.02.2020 13:59 Daxili siyasət

“Namizəd vəkilinin ölməsi barədə hələlik konkret fikir bildirmək çətindir”

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bütün bu məsələlər araşdırılacaq: “Bu barədə məlumatlar da ilk növbədə məhz KİV-lərə çatdırılacaq”.

Sədr müavini onu da qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib: “Ancaq neqativ hallar olmadan milyonlarla insanın cəlb olunduğu prosesi təsəvvür etmək mümkün deyil. Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil. Vacib olan odur ki, hər hansı xoşagəlməz hal olanda ona adekvat cavab reaksiyası göstərilsin, müvafiq tədbir görülsün. MSK da bu addımları atacaq”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm