Namizədlərin seçkiqabağı təşviqatı başa çatıb
08.02.2020 05:00 Daxili siyasət

Namizədlərin seçkiqabağı təşviqatı başa çatıb

"MediaPost" xəbər verir ki, Seçki Məcəlləsinin tələbələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Seçkiqabağı təşviqatın aparılması 17 yanvar saat 00:00-dan 8 fevral saat 08:00-dək davam edib. Bundan sonra təşviqat aparmaq qadağandır.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Xəbərlər departamenti

Gündəm