NASA-da çalışan yeganə azərbaycanlı ölkəyə gəlib - FOTO
01.03.2020 17:25 Cəmiyyət

NASA-da çalışan yeganə azərbaycanlı ölkəyə gəlib - FOTO

"MediaPost" xəbər verir ki, ABŞ-da sözügedən qurumda işləyən Atilla Əsgərovun Azərbaycana gəlməsinə səbəb ailə qurmasıdır. Onun bu gün nikah mərasimi baş tutub.

Xatırladaq ki, Atilla Əsgərov NASA-nın 2023-cü ildə Kosmosa göndərəcəyi WFIRST (Wide Field Infrared Survey Telescope) adlı yeni teleskopun detektor elektronikasının mühəndisidir.

Qeyd edək ki, həmyerliyimiz ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsində çalışan yeganə azərbaycanlıdır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm