NATO-da fövqəladə iclas: “Türkiyə müharibə istəmir, amma...”
29.02.2020 08:56 Xarici siyasət

NATO-da fövqəladə iclas: “Türkiyə müharibə istəmir, amma...”

"MediaPost" xəbər verir ki, bu hadisə ilə əlaqədar bir çox ölkələr Suriya hökumətinə tənqidi fikirlər səsləndirib. Yaranmış gərgin vəziyyətdən sonra NATO fövqəladə iclas keçirib.

Türkiyənin Birləşmiş Millətlər Təşkilatının daimi nümayəndəsi Feridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurasında çıxış edərkən bildirib ki, İdlibdə türk əsgərlərinə qarşı təşkil olunan hava hücumları zamanı Rusiyaya məxsus təyyarələrin bölgədə müşahidədə olduğu görünüb.

Sinirlioğlu söyləyib ki, türk təyyarələri həmin bölgədə məqsədli şəkildə hədəf alınıb:

"Türkiyə ilə Rusiya arasında hücumdan əvvəl əlaqə olub. Türk əsgərlərinin bölgədə olacağından rusların xəbəri var idi və ruslara xəbərdarlıq olunmasına baxmayaraq onlar hava hücumunu davam etdirib. Yaralanan türk əsgərlərini aparmaq üçün gələn təcili yardım maşınları belə hədəf alınmışdı".

Sinirlioğlu çıxışı zamanı onu da əlavə edib ki, Türkiyə savaş istəmir, amma ölkəsinin təhlükəsizliyi hədəf alınsa, günahkarları cəzalandırmaqdan çəkinməz.

Feridun Sinirlioğlu ile ilgili görsel sonucu

Xəbərlər departamenti

Gündəm