Navalnı adı və yeri açıqlanmayan başqa həbsxanaya köçürülüb
27.02.2021 12:10 Dünya

Navalnı adı və yeri açıqlanmayan başqa həbsxanaya köçürülüb

Rusiyada həbs edilən müxalif lider Aleksey Navalnı Moskvada saxlanıldığı “Matrosskaya Tishina” həbsxanasından başqa yerə köçürülüb.

“MediaPost” “Star” qəzetinə istinadla xəbər verir ki, Navalnı cümə axşamı günü adı və yeri açıqlanmayan başqa bir həbsxanaya aparılıb.

Müxalifət liderinin vəkilləri onun hansı həbsxanaya köçürülməsi ilə bağlı ailəsinə məlumat verilmədiyini bildiriblər.
Moskva İctimai Nəzarət Komissiyasının nümayəndəsi Marina Litvinoviç Navalnı ilə bağlı ABŞ mediasıa danışıb. O, Navalnının Rusiyada ən çox yayılmış həbsxana növü olan "ümumi rejim" cəzaçəkmə müəssisəsinə göndəriləcəyini söyləyib.

Xatırladaq ki, 2020-ci ilin 20 avqustunda Tomskdan Moskvaya qayıdan Navalnı zəhərləndiyi iddiasıyla Berlindəki xəstəxanalardan birinə aparılıb. O, sağaldıqdan sonra Putinin göstərişi ilə zəhərləndiyini iddia edib. Daha sonra Moskvaya qayıdan müxalifət lideri həbs edilib. Onun buraxılması üçün Rusiyanın müxtəlif yerlərində etiraz aksiyaları keçirilib.
 

Billurə Yunus

Gündəm