Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib
27.11.2019 09:28 Siyasət

Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Naxçıvan MR-dəki Baş konsulluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər.

Qeyd edək ki, bu ilin oktyabr ayında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılmışdı.

Xəbərlər departamenti

Gündəm