Naxçıvanın Səfərbərlik Xidmətində yoxlama aparılır
24.01.2023 12:19 Daxili siyasət

Naxçıvanın Səfərbərlik Xidmətində yoxlama aparılır

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar başlayıb.

MediaPost xəbər verir ki, yoxlamalar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxsləri tərəfindən aparılır.

Qurumun mətbuat xidməti APA-ya xəbəri təsdiqləyib.

Bildirilib ki, plana uyğun olaraq kompleks yoxlamalar aparılır və bu barədə mətbuata yaxın günlərdə geniş məlumat veriləcək.

Xəbərlər departamenti

Gündəm