Nazir 190 manatın 600 min vətəndaşa çatdırılacağı vaxtı açıqladı
17.04.2020 15:38 Cəmiyyət

Nazir 190 manatın 600 min vətəndaşa çatdırılacağı vaxtı açıqladı

"MediaPost" “Report”a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, əsas sual vəsaitin götürülməsi ilə bağlıdır:

“Çünki gün ərzində ödəniş həddindən artıq çox olanda istənilən şəkildə bank və poçt şöbələrində vətəndaşların müraciəti və sıxlığı yarana bilər. Ona görə bunu aidiyyəti dövlət qurumu ilə tənzimləməyə çalışdıq. Bu gün əsas yük poçt şöbələrinin üzərinə düşüb”.

S.Babayev hesab edir ki, ən gec mayın ilk həftəsinə qədər bütün vəsaitlər vətəndaşlara çatdırılacaq: “İkinci ödənişin də böyük hissəsi də köçürmə yolu ilə həyata keçsə işlər daha sürətli ola bilər”.

Xəbərlər departamenti

Gündəm