Nazir: "Bakı Dövlət Sirkinin bağlanmasını istəmirəm"
18.12.2019 11:00 Mədəniyyət

Nazir: "Bakı Dövlət Sirkinin bağlanmasını istəmirəm"

Mediapost.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir Bakı Dövlət Sirkinin bağlanmasını istəmədiyini bildirib: "Çünki şəhərdə mütləq belə bir müəssisə olmalıdır. Sirk 40 ilə yaxındır ki, əsaslı təmir olunmadan fəaliyyət göstərir. Hesab edirəm ki, müvəqqəti olsa da, təhlükəsizliklə bağlı olan ölçüləri götürməliyik. Artıq bunların yarısını etmişik".

"Ümidvaram ki, bu mövsümdə sirk öz işini davam etdirə bilər. Amma bu məsələyə gələcəkdə mütləq baxılmalıdır", - Ə. Qarayev qeyd edib.

Xəbərlər departamenti

Gündəm