Nazir ərzaqla bağlı "qıtlıq" suallarına aydınlıq gətirib
15.04.2020 11:31 Gündəm

Nazir ərzaqla bağlı "qıtlıq" suallarına aydınlıq gətirib

"Ərzaq təminatının əsası ərzaq istehsalı, yəni kənd təsərrüfatı məhsullarının istehsalı ilə şərtlənir".

"MediaPost"un məlumatına görə, bu sözləri Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib. Qurum rəhbəri bu sahədə görülən işlərdə ləngimə olmadığını bildirib:

"Əgər bu gün kənd təsərrüfatı işlərinin görülməsində heç bir geriləmə yoxdursa, bu sahədə bütün işlər intensiv formada həyata keçirilirsə, bununla bağlı heç bir narahatlıq yoxdur. O cümlədən, karantin rejiminin tətbiqi zamanı insanların və nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulsa da, kənd təsərrüfatı məhsullarının daşınması ilə bağlı, orta və iri həcmli məhsulların ölkə daxilində daşınması, həmçinin ölkəyə daxil olması və ixrac edilməsində heç bir məhdudiyyət tətbiq edilməyib. Buna görə də hər hansı ərzaq məhsulunun çatışmazlığı ilə bağlı narahatlıq yoxdur".

Xəbərlər departamenti

Gündəm