Nazir müavini: “Çində olan tələbələrin ölkəyə gətirilməsinə çalışırıq”
29.01.2020 09:58 Cəmiyyət

Nazir müavini: “Çində olan tələbələrin ölkəyə gətirilməsinə çalışırıq”

Bunu APA-ya açıqlamasında Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

Nazir müavini deyib ki, bu məsələ dövlət səviyyəsində diqqətdə saxlanılır: "Çinin Uhan şəhərində olan tələbələrin ölkəyə gətirilməsinə çalışırıq. Hazırda hökumət bilavasitə bu məsələ ilə məşğuldur. Eyni zamanda Təhsil Nazirliyi də mövcud vəziyyət nəzərə alınmaqla bu məsələnin həllinə çalışır”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm