Nazir müavini direktorlara və təhsil şöbələrinin müdirlərinə xəbərdarlıq edib
12.12.2019 11:58 Gündəm

Nazir müavini direktorlara və təhsil şöbələrinin müdirlərinə xəbərdarlıq edib

"Report" xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün təhsil sahəsində narahatedici əsas məsələlər təhsil ictimaiyyəti ilə müzakirə olunur: "Bu müzakirələr zamanı şagirdlərin dərsə davamiyyəti də diqqət mərkəzində olur. Bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb. Bu gün həmin sistemdə oxuduğu məktəbdən asılı olmayaraq, başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük".

M.Vəliyeva bildirib ki, mərkəzdə yerləşən məktəblərdən ucqar məktəblərə gedən şagirdlərin dərsə davamiyyətinə yerli təhsil idarəetmə orqanı nəzarət edir: "Bununla bağlı Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, məktəblərdə, xüsusən 10-11-ci siniflərdəki şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün. Şagirdlər və valideynlərlə bu barədə söhbətlər aparılsın".

Mediapost.az

Xəbərlər departamenti

Gündəm