Nazir müavini partlayışa görə Xırdalana getdi
25.01.2021 20:49 Gündəm

Nazir müavini partlayışa görə Xırdalana getdi

Xəbər verildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı aparılır.

"MediaPost"  bildirir ki, hadisə ilə əlaqədar Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Xəbərlər şöbəsi

Gündəm