Nazir müavinindən sosial müavinətə ehtiyacı olanlara bağlı - <span>AÇIQLAMA</span>
06.08.2020 12:16 Gündəm Cəmiyyət

Nazir müavinindən sosial müavinətə ehtiyacı olanlara bağlı - AÇIQLAMA

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10-a yaxın informasiya sistemi hazırda müxtəlif dövlət qurumlarının apardığı reyestrlərə ünvanlanıb”.

“MediaPost”un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

Nazir müavini bəyan edib ki, məqsəd vətəndaşlarla bağlı məlumatların dəqiq əldə edilməsidir: “İnformasiya sistemlərimizin tətbiqi ilə bağlı tədbirlərimizi daha da genişləndirəcəyik. Əsas məqsəd sosial müavinətə ehtiyacı olan insanların bu sistemə cəlb edilməsidir. Ehtiyacı olan bütün vətəndaşların müəyyənləşməsi üçün bu sistemləri genişləndiririk”.

Xəbərlər şöbəsi

Gündəm