Nazir: “Pakistan Dağlıq Qarabağda atəşkəsi dəstəkləyir”
13.01.2021 18:53 Xarici siyasət

Nazir: “Pakistan Dağlıq Qarabağda atəşkəsi dəstəkləyir”

Pakistan Dağlıq Qarabağda atəşkəsi dəstəkləyir.

"MediaPost"un xəbərinə görə, bu barədə İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşündən sonra keçirilən mətbuat konfransında Pakistanın XİN başçısı Şah Mahmud Qureyşi bildirib.

O, Cammu və Kəşmir məsələsində nümayiş etdirdikləri mövqeyə görə Türkiyə və Azərbaycana təşəkkür edib.

XİN başçısı Kəşmirdə insan haqlarının pozulması barədə türkiyəli və azərbaycanlı həmkarlarını məlumatlandırdığını qeyd edib.

Şah Mahmud Qureyşi İslamabadda keçirilən üçtərəfli görüşün dövlətlər arasında olan mükəmməl olan əlaqələrin daha da inkişaf etməsinə səbəb olacağını vurğulayıb.

Xəbərlər departamenti

Gündəm