Nazir: “Şuşanı turizm və mədəniyyət məkanına çevirməyi düşünürük”
24.05.2021 13:58 Mədəniyyət

Nazir: “Şuşanı turizm və mədəniyyət məkanına çevirməyi düşünürük”

“Şuşada ən vacib məsələ oradakı mədəni-tarixi abidələrimizin, ümumiyyətlə evlərin, infrastrukturun bərpasıdır. Sonra Azərbaycan vətəndaşlarının ora qayıtmasıdır”.

"MediaPost"un məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov bildirib.

Nazirin sözlərinə görə, insanlar qayıdandan sonra orada adət-ənənələrimizin bərpa olunması nəzərdə tutulur: “Şuşanı ümumiyyətlə mədəniyyət paytaxtı olaraq turizm və mədəniyyət məkanına çevirməyi düşünürük. Təbii ki, gələcəkdə bizi orada çoxsaylı tədbirlər gözləyir”.

Xəbərlər departamenti

Gündəm