Nazir yol polisinin bütün şəxsi heyətini sərəncama göndərdi
13.01.2020 08:06 Daxili siyasət

Nazir yol polisinin bütün şəxsi heyətini sərəncama göndərdi

Trend-in məlumatına görə, əmrə əsasən, idarənin bütün şəxsi heyəti sərəncama götürülüb.

Məlumatda bildirilir ki, polis polkovniki Rəşid Piriyev də idarənin rəisi vəzifəsinə təsdiqlənməyib. R. Piriyev hazırda idarə rəisinin səlahiyyətlərini müvəqqəti icra edir.

Xatırladaq ki, bir neçə gün öncə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib, idarənin rəis müavini, polkovnik Rəşadət Babayev isə tutduğu vəzifədən azad edilib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm