Nazirdən biznes qurmaq istəyənlərə şad xəbər: “Bu aydan...”
10.08.2020 09:16 Gündəm Cəmiyyət

Nazirdən biznes qurmaq istəyənlərə şad xəbər: “Bu aydan...”

“Bu il bəzi sosial proqramların icrasında çətinlik yarandı”. 

“MediaPost” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O, bu çətinliklərin pandemiyadan qaynaqlandığını söyləyib.

“Proqram mexanizminin icra forması belədir ki, vətəndaş qeydiyyata alındıqdan sonra ona iki ay müddətində təlimlər keçirilir və bu təlimlərdən sonra ona aktivlər təqdim olunur, o, öz biznesini qurur.  Amma xüsusi karantin rejimi dövründə insanların bir yerə toplanması, qrup halında təlimlərin keçirilməsi qadağan olunub. Ona görə də biz aprel-may-iyun aylarında bu təlimləri keçirə bilmədik".  

Nazir bu aydan biznesini qurmaq istəyən şəxslərə dəstək göstəriləcəyini söyləyib: "Lakin biz hörmətli Baş Nazirimizə müraciət etdik və onun imzaladığı qərarla təlimlər öhdəliyi bu illik aradan qaldırıldı. Bu aydan vətəndaşlarımıza birbaşa aktivlərin verilməsinə başlayırıq. Qərara aldıq ki, xüsusi karantin rejimi bitdikdən sonra onlara bu təlimləri keçərik”.

Billurə Yunus / "MediaPost"

Xəbərlər şöbəsi

Gündəm