Nazirdən həlak  olan məktəbli ilə bağlı  AÇIQLAMA - <span>FOTO</span>
07.11.2020 20:20 Təhsil

Nazirdən həlak olan məktəbli ilə bağlı AÇIQLAMA - FOTO

Bərdədə düşmən atəşi nəticəsində ölən 16 yaşlı yeniyetmə Ağdamda məcburi köçkün məktəbində təhsil alırmış.

"MediaPost" xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev açıqlama yayıb:

“Bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. 16 yaşlı Şahmalı Rəhimov Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan mərmi nəticəsində həlak olub. Şahmalı Ağdam rayonu 94 nömrəli köçkün tam orta məktəbin 10-cu sinif şagirdi idi.

Ermənistan təcavüzünün qurbanı olan məktəblilərimizin sayı artıq 10-a çatdı.

Allah rəhmət eləsin!”

Xəbərlər şöbəsi

Gündəm