Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri işdən çıxarılıb
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Ayaz Mirzəyev vəzifəsindən azad olunub.
Mediapost.az xəbər verir ki, bunu A.Mirzəyevin özü bildirib.
"Bu
gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğum mətbuat xidməti
vəzifəsindən ayrıldım. Bu müddət ərzində mənim fəaliyyətimə dəstək
göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki
rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda bu müddət ərzində mətbuat
xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki
həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol
oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra
fəaliyyət göstərəcək gələcək həmkarıma da bəribaşdan uğurlar diləyirəm",
M.Mirzəyev deyib.