Nazirlər qələbə sevinclərini belə bölüşdülər - <span>VİDEO</span>
11.11.2020 11:00 Hərbi

Nazirlər qələbə sevinclərini belə bölüşdülər - VİDEO

Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar, Quru Qoşunları komandanı ordu-generalı Ümit Dündar və Hərbi Hava Qüvvələri komandanı ordu-generalı Hasan Küçükakyüz bu gün Azərbaycan Müdafiə Nazirliyini ziyarət ediblər. 

"MediaPost" xəbər verir ki, müdafiə naziri Zakir Həsənov tərəfindən qarşılanan Akar və rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan ordusunun öz torpaqlarını işğalından azad edilməsi münasibətilə təşkil edilən mərasimdə iştirak etdi.

Hər iki ölkənin himni ilə başlayan mərasimdə iştirak edən Akar çıxışına 30 ildir ərazisindəki haqsız işğala son qoyan Azərbaycan Ordusunu təbrik etməklə başlayıb. Hər iki nazir bir-birlərini qucaqlamaqla qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik ediblər. 

 

 

 

 

Xəbərlər departamenti

Gündəm