Nazirlik Bakıda iki sərnişin avtobusunun toqquşması zamanı yaralananlarla bağlı məlumat yayıb
05.11.2019 06:50 Gündəm

Nazirlik Bakıda iki sərnişin avtobusunun toqquşması zamanı yaralananlarla bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alanların son durumunu açıqlayıb.

Nazirlikdən Mediapost.az-a bildirilib ki, hadisə yerinə 5 həkim briqadası göndərilib.

"Bakının Nizami rayonu, 8-ci kilometr bazarının yanında, iki maaşrut avtobusunun toqquşması barədə məlumat Təcili Tibbi Yardıma saat 22:20 də daxil olub.

Ümumilikdə 8 nəfər hospital olunub. Onlardan 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Xəstəxananın baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb"- nazirlikdən bildirilib.

Xəbərlər departamenti

Gündəm