Nazirlik: Müəllimlərin maaşı 20 faiz artıb
29.12.2019 10:14 Təhsil

Nazirlik: Müəllimlərin maaşı 20 faiz artıb

Bu barədə "MediaPost"a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı cari il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb.

Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər təşkil edib.

Xəbərlər departamenti

Gündəm