Nazirlik rəsmisi hava ilə bağlı əhaliyə müraciət edib
22.01.2020 16:22 Cəmiyyət

Nazirlik rəsmisi hava ilə bağlı əhaliyə müraciət edib

"MediaPost" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O vətəndaşlara müraciət edib ki, uşaqları soyuq və küləkli havada nəzarətsiz buraxmasınlar, ağacların altında durmasınlar, avtomobillərini ağacların altında saxlamasınlar.

Nazirliyin sözçüsü onu da bildirib ki, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənildiyindən sürücülərə son dərəcə diqqətli olmaları tövsiyə edilir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm