Nazirlik Xose Bernardonun və qardaşının bıçaqlanması ilə bağlı məlumat yayıb
11.11.2019 09:36 Gündəm

Nazirlik Xose Bernardonun və qardaşının bıçaqlanması ilə bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi teleaparıcı Xose Bernardo və qardaşının bıçaqlanması faktə ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Mediapost.az-a verilən məlumatda qeyd olunur ki, Pirallahı rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış dünən saat 18:59 da gəlib. Pirallahı rayonu Xanlar 29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 37 yaşlı Rafael Hüseynov isə qarnın çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Rafael Hüseynov isə əməliyyat olunub. Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Xəbərlər departamenti

Gündəm