Nazirliyin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib - FOTO
24.01.2020 12:58 Gündəm

Nazirliyin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib - FOTO

"MediaPost" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook" səhifəsində məlumat paylaşıb.

O bildirib ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı yanvarın 23-də məktəbə gedərkən minik avtomobili vurub: "Onların hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini "Baku City Hospital"da davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik".

Xəbərlər departamenti

Gündəm