Nazpəri və Eldar Qasımovdan duet - <span>VİDEO</span>
11.01.2021 12:23 Şou-biznes

Nazpəri və Eldar Qasımovdan duet - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva və “Eurovision 2011” qalibi Eldar Qasımov “Bizi Tanrı qorusun” adlı duet oxuyublar.

“MediaPost” xəbər verir ki, musiqisi Kaki Bolkvadze, sözləri Nurlana Cəfərovaya aid mahnıya klip də çəkilib.

“Nazpəri xanımın güclü və eyni zamanda məlahətli səsi mahnımıza xüsusi gözəllik və sehr verir, Azərbaycan musiqi ənənəsini yaşadır. Dəvətimi qəbul etdiyinə görə çox şərəfliyəm və dünyalar qədər sevincliyəm”, - deyə Eldar bildirib.

Qeyd edək ki, “Bizi Tanrı qorusun” müxtəlif adlar altında  Gürcüstanda, Türkiyədə, Qazaxıstanda və s. ölkələrdə işıq üzü görüb. Azərbaycan dilində sözlərin müəllifi, həmçinin layihə rəhbəri tanınmış aparıcı Nurlana Cəfərovadır.  Aranjimançı və səs rejissoru  Bəbir Bəbirlidir.

Klipin ideya müəllifi və yaradıcısı filmmaker Məhəmməd Osman, stilisti isə Babək Qədirovdur.

 

Pərviz Hüseyn

Gündəm