"Necə olur ki, aztəminatlıdır, amma minimum əməkhaqqı ilə işləyib gəlir qazanmaq istəmir?" - Nazir
07.08.2020 10:39 Gündəm Cəmiyyət

"Necə olur ki, aztəminatlıdır, amma minimum əməkhaqqı ilə işləyib gəlir qazanmaq istəmir?" - Nazir

“190 manatlıq ödənişin əsas kriteriyaları o idi ki, işsiz şəxslərə və gəlirini itirənlərə dəstək verilsin”.

“MediaPost” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazirin sözlərinə görə, bu kriteriyalara uyğun gəlməyən və aztəminatlı olduğunu bildirən şəxslərlə bağlı ictimai işlər proqramı yaradılıb:

“Bunlar ancaq süpürmək, təmizləmək deyil. Burada sosial xidmətlər və çox müxtəlif istiqamətlər də var və elan edilib”. 

Nazir bildirib ki, son 3 ayda 190 manatlıq yardımdan imtina alan təqribən 20 minə yaxın insan şikayət edib: 

"Onlara minimum əmək haqqı ilə işlər təklif etdik. Bu 20 min müraciətin heç 1 faizi də buna razılaşmadı. Necə olur ki, vətəndaş aztəminatlıdır, ehtiyac içindədir, amma minimum əməkhaqqı (250 manat) ilə işləyib gəlir qazanmaq istəmir?”

 

Xəbərlər şöbəsi

Gündəm